PEŞƏKAR TƏCRÜBƏ VƏ QAYĞI

OP. DR. LALƏ SEYFULLAYEVA

22 ildən artıq peşəkar cərrahi təcrübəyə malik olan Dr. Lalə Seyfullayeva, müasir tibbin ən son nailiyyətlərini və fərdi yanaşmanı birləşdirərək pasientlərinə xidmət edir. Bakıda HB Güvən Klinikasında fəaliyyət göstərən doktor, həm böyüklərdə, həm də uşaqlarda qulaq, burun və boğaz xəstəliklərinin effektiv müalicəsində ixtisaslaşmışdır.

İştirak etdiyi konqres və forumları:

•23-26 aprel 2013-cü il II Beynəlxalq Otorinoloji Forum, Sankt-Peterburq ş.
•16-19 aprel 2015-ci il XI Türk Rinoloji Konqres, Türkiyə Respublikası, Antaliya ş.
•25-27 aprel 2017-ci il VI Beynalxalq Otorinolaringoloqlar Forumu, Sankt-Peterburq ş.

Kursları:

•2013-cü ildə Ankara Hacettepe Universitesi öğretim kursu keçib.

Seminarları:

•Dəfələrlə konqress, seminar ishtrakçısı olub.

0 +
İllik Təcrübə
0 +
Uğurlu Əməliyyat
0 +
Müayinə Olunan Pasiyent
0 %
Pasiyent Məmnuniyyəti
TƏCRÜBƏ VƏ PEŞƏKARLIQ

Təhsil və Peşəkar İxtisaslaşma Yolu

1998 - 2004
Ali Tibb Təhsili

Azərbaycan Tibb Universitetinin Pediatriya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir.

2004 - 2005
İlk Cərrahi Təcrübə

F. Qarayev adına klinikanın LOR şöbəsində klinik internatura keçərək ixtisaslaşma yolunda ilk addımını atmışdır.

2005 - 2007
Sankt-Peterburq Ordinatura

Sankt-Peterburq Yüksək Texnologiyalar kafedrasında Klinik Ordinatura keçərək LOR-cərrah ixtisasına yiyələnmişdir.

2011 - 2013
Hacettepe Universiteti (Türkiyə)

Türkiyənin Hacettepe Universitetində QBB və Baş-boyun cərrahiyyəsi üzrə beynəlxalq ixtisasartırma kurslarını tamamlamışdır.